Ədliyyə nazirliyi tərəfindən muxtariyyət tarixindən bəhs edən konfrans keçirilib - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirliyi tərəfindən  “Muxtariyyət tarixində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu”  mövzusunda  konfrans keçirilib.

Konfransın əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev  “Naxçıvanın muxtariyyət statusunun siyasi-hüquqi əsasları” mövzusunda çıxış edib. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətindən bəhs edən akademik muxtariyyətin tarixinə nəzər salıb. İsmayıl Hacıyev tarixi zərurətdən yaranan muxtariyyət və onun qorunub saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov “Azad vətəndaş cəmiyyətinin formalaşması demokratik dəyərlərə verilən önəmin təzahürüdür” mövzusunda çıxış edib. Bildirilib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Aparılan mütərəqqi islahatlar nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti bölməsinin rəisi Reyhan Sadiqova “Vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolu və fəaliyyəti” mövzusuna toxunub.

Mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.

Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir”, “Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi” İctimai Birliyinin sədri Esmira Tağıyeva “100 illik muxtariyyət tarixində Heydər Əliyev və həmrəy vətəndaş cəmiyyəti” mövzularında çıxış ediblər.

Tədbirdə muxtariyyət tarixindən bəhs edən videoçarx izlənilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: