“Parlaq gələcək naminə”adlı layihənin iştirakçıları ilə silsilə tədbirlərə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin, WeFinix Təlim Mərkəzinin və Günəş Uşaq Akademiyasının birgə təşkilatçılığı ilə “Parlaq gələcək naminə”adlı layihənin iştirakçıları Ombudsmanla görüşüblər.

Görüşdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva, aparatın əməkdaşları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun TOT sertifikatli təlimçisi, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, WeFinix Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, Günəş Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva və uşaqlar iştirak ediblər.

Ombudsman Günay Rzayeva bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm qanunvericilik bazası formalaşdırılıb, bir çox dövlət proqramları qəbul edilib. Dövlət proqramları uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.

Daha sonra Esmira Tağıyevanın “Uşaq hüquqlarının təbliğinin bütün insan hüquqları kontekstində, demokratik və hüquqi dövlətimizin gələcəyində əsas rolu və mahiyyəti”, Şəhla Abdullanın “Rəqəmsallaşan Azərbaycanın kiçik maliyyəçiləri” və Ulduz Əliyevanın “Uşaq hüquqları valideyinlər tərəfindən hansı səviyyədə bilinməkdədir” mövzularında çıxışları dinlənilib.

Ombudsman tərəfindən uşaqlara məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınlar tərəfindən hazırlanmış əl işlərindən ibarət hədiyyələr və Günəş Uşaq Akademiyası tərəfindən isə Naxçıvan haqqında kitab təqdim edilib.

Sonda layihə çərçivəsində birgə silsilə maarifləndirici tədbirlərin gələcəkdə də keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: