Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fləşmob keçirib - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş fləşmob təşkil edib.
Bu barədə NUHÇIXAN-a "Qaçqnkom"dan məlumat verilib.
Bildirilib ki, fləşmobda doğma yurda qayıdan və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün həmvətənlərimiz iştirak ediblər.
Fləşmob haqqında hazırlanmış videoçarxda dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, həmin ərazilərdə salınmış yaşayış məntəqələrindən, həmçinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdən kadrlar verilib və Xalq şairi Bəxtiyar Vahabzadənin “Vətən marşı” şeiri müəllifin öz səsi ilə səsləndirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı intensiv qaydada icra edilir. İndiyədək 2263 ailə, yəni 8660 nəfər doğma yurda köçürülüb. Fləşmob haqqında videoçarxı təqdim edirik.