Naxçıvanda keçirilən sərgi-satış yarmarkası başa çatıb - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının yekun tədbiri olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini icra edən Fərid Bağırzadə çıxış ediblər. Bildirilib ki, sərgi-satış yarmarkasının keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır.
Sonra istedadlı qadın Afət Əhmədova və əməkdar rəssam Həmzə Sadiqov bu cür platformaların təcrübə mübadiləsi aparmaq və peşəkar inkişaf baxımından müsbət əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.
447 müəllifin 10 min 929 əl işinin təqdim olunduğu yarmarkada fəal iştirak edənlərə “Təşəkkürnamə”lər təqdim edilib.
Sərgi-satış yarmarkasında 12 min 965 manat məbləğində satış olub.