Reproduktiv sağlamlıq və ailə dəyərləri günün aktual məsələsidir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Dizə kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova açıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Həmçinin qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması üçün nikahdan əvvəl tibbi müayinənin vacibliyi haqqında tədbir iştirakçılarına məlumat verilib. Komitə sədri qeyd edib ki, nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Bildirilib ki, aparılan təhlillərə görə Culfa rayonu üzrə 16 min 667 uşaq var. Bu uşaqlardan  197-si sağlamlıq imkanları məhdud uşaqlardır. Culfa rayonunun Dizə kəndi üzrə 4 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bunlardan 2-si anadangəlmə, 2-si sonradan qazanılmadır. 2 anadangəlmə uşaqdan 1-də sinir sisteminin xəstəlikləri, digərində isə perinetal dövrdə meydana çıxan xüsusi hallar aşkar edilib.

“Qadınlarda virus hepatitlərinin fəsadları, bətndaxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edib. Həkim qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Culfa rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.

 

Oruc Məmmədyarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: