Naxçıvanda 20 kəndin elektrik xətləri yenidən qurulur - VİDEO
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda elektrik təchizatının yaxşılaşdırılması, xətlərin və yarımstansiyaların yenidən qurulması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Görülən işlər nəticəsində Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlar, Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Nəzərdə tutulan digər 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tender elan edilib. Muxtar respublikanın digər kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması üçün xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək bir çox mal-materiallar alınıb.
NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir: