NUHÇIXAN xəbər verir ki, bu gün Babək rayonunda 2 fevral- Gənclər Günü ilə bağlı keçirilən tədbirdə YAP Babək Rayon Təşkilatı Gənclər Birliyinin Sədri Elnur Abbasov çıxış edərək bu əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib. Bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini, dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ kimi qarşıya qoyub. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumunun keçirilməsi, bir il sonra xüsusi Sərəncamla fevralın 2-nin Gənclər Günü elan edilməsi də məhz Ulu öndərin adı ilə bağlıdır.
Bildirilib ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, eləcə də gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət Proqramlarının səmərəli həyata keçirilməsi də bunun nəticəsidir.
Bəbək Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyev, təhsil şöbəsinin əməkdaşı Toğrul Kərimov və YAP Bəbək Rayon Təşkilatının əməkdaşı Aytəkin Süleymanova çıxış edərək rayonda gənclər siyasətinin uğurla davam etdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər. Bu gün rayonda dövlət işlərində çalışanların əksəriyyətinin gənclər olduğunu bildirərək bölgənin inkişafında onların böyük rolu olduğunu önə çəkiblər.
Mədinə Rəhimli