“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə,"Dövlət Proqramı"na uyğun olaraq yaşıllaşdırma tədbirlərinin aparılması və yaşıllıq sahələrinə xidmət etmək üçün xüsusi təyinatlı maşın-mexanizmləri, eyni zamanda ağacların təbii şəraitdən ayrılmadan köçürülməsi üçün texnika alınıb.
Qeyd edək ki, qazma genişliyi 2 metrdən, qazma dərinliyi isə 1,5 metrdən çox olan bu maşın-mexanizmi vasitəsilə diametri 30 santimetr və daha çox olan ağacları müxtəlif ərazilərə köçürmək mümkün olacaqdır. Nəticədə köçürülən ağaclar isə təbii mühitdən ayrılmadığından quruma təhlükəsi aradan qaldırılacaq.