Naxçıvanda infrastruktur üçün keyfiyyətli təməl - FOTOLAR

A- A A+

İnşaatda təməl keyfiyyətin və təhlükəsizliyin əsasını təşkil edən bir anlayışdır. Güclü təməl isə yüksək davamlılıq xüsusiyyətlərinə malik, müxtəlif xarici amillərə qarşı yüksək müqavimət göstərən betondan asılıdır.

Naxçıvanda yüksək keyfiyyətli beton istehsalçısı kimi “APF Beton Məmulatları Kompleksi” MMC geniş çeşiddə beton məhsulları ilə müştərilərə yüksək keyfiyyətli tikinti materialları təqdim edir.

Şirkət əhəmiyyətli texnoloji imkanlara malikdir və saatda 100 kubmetr yüksək keyfiyyətli beton və sement tərkibli məhsullar istehsal edə bilir. M100-M1000 markalı hazır beton qarışığı, gündəlik istehsal ilə istənilən miqyaslı tikinti layihələrinin ehtiyaclarını tamamilə qarşılayır.

“APF Beton Məmulatları Kompleksi” MMC-nin Babək , Aza və Arpaçay beton zavodları hər növ məhsulu standartlara uyğun istehsal edir. Məhsullarımızın keyfiyyəti dövlət sertifikatı GOST və EN standartları ilə təsdiqlənmişdir. Hər bir beton partiyası, beton qarışdırma qurğusunda akkreditə olunmuş laboratoriyalarda sınaqdan keçirilir.

Şirkət Naxçıvan və ətraf bölgələrə çatdırılma ilə beton məhsullarının satışını həyata keçiririr. Çatdırılma prosesi 32, 37 və 49 m uzunluğunda avtopompa vasitəsilə təmin edilir ki, bu da məhsulların müştərilərə effektiv şəkildə çatdırılmasına imkan tanıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: