Naxçıvanda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qurumdan NUHÇIXAN-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2022-ci il təvəllüdlü azyaşlı mənzilin giriş qapısının kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalan 2022-cü il təvəllüdlü uşağı xilas ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: