Bakının Sabunçu rayonu ərazisində sel sularının tunelə dolması nəticəsində iki nəfərin batdığı barədə məlumat yayılıb.
NUHÇIXAN-ın məlumatına görə, onlardan birinin cəsədi FHN qüvvələri tərəfindən sudan çıxarılıb.
Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
Qeyd edək ki, güclü yağış nəticəsində tunelə su dolub, avtomobil suyun altında qalıb. Həmin şəxslərin də batan avtomobildə olduğu bildirilir.
Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.
FHN Mətbuat xidmətindən isə bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.