Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batan ikinci şəxsin meyiti çıxarılıb.
Bu barədə NUHÇIXAN-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Baş Prokurorluqdan isə bildirilib ki, sözügedən tuneldə daha bir cəsədin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.