Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına və Culfa KES-ə texniki baxış keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasında və Culfa Külək Elektrik Stansiyasında külək turbinlərinə qrafika əsasən növbəti texniki baxış keçirilib.
Stansiyada külək turbinlərinin texniki vəziyyəti yoxlanılıb, yataqların yağlanması və digər cari təmir işləri aparılıb. Aşkar olunan kiçik nasazlıqlar aradan qaldırılıb.
Qeyd edək ki, hər iki Stansiyanın layihələndirilməsi, avadanlıqların seçilməsi, uyğunlaşdırılması, sifarişi, quraşdırılması, məsafədən idarəolunan SCADA sistemi üçün proqramın yazılması, real vaxt rejimində elektrik enerjisinin hesabatının aparılması üçün alqoritm proqram təminatının hazırlanması, avadanlıqların montajı və sınaq sazlama işləri Xidmətin öz mütəxəssisləri tərəfindən görülüb.