Naxçıvan polisi tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Babək rayon sakini, 1972-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.

Babək rayonu ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və daşınmasında şübhəli bilinən Ş. Babayeva saxlanılıb. Onun yaşadığı mənzilə baxış zamanı karqo şirkətlərinin birindən əldə etdiyi bağlamada video kasetin içərisində gizlədilmiş marixuana və metamfetamin aşkarlanıb .

Faktla bağlı, araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: