Yeni tikilən Culfa yarımstansiyasında işlər davam etdirilir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 132 kilovoltluq Culfa-Culfa hava elektrik verilişi xəttinin yeni tikilən 132/110/35/10 kilovoltluq Culfa yarımstansiyasına qoşulması məqsədilə hava elektrik verilişi xəttinin bir hissəsində təmir işləri həyata keçirilir.
Təmir çərçivəsində xəttin izolyatorları yenilənir, məftillərin en kəsiyi artırılmaqla yeni məftillərlə əvəzlənir.