Naxçıvanda qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 122 ünvanında fəaliyyət göstərən “Tac dönər” dönərxanasında plandankənar yoxlama keçirilib.

Agentlikdən NUHÇIXAN-a bildirilib ki, yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və şəxsi gigiyena qaydalarına əməl etmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı və digər nöqsanlar aşkar edilib.

Faktla bağlı sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız dönər məhsulunun satışı dayandırılaraq obyektin fəaliyyəti məhdudlaşdırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: