Şahbuzlu gənclər rayonunun ictimai həyatında fəaldırlar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti və  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin   birgə təşkilatçılığı ilə  2 fevral gənclər günü ilə bağlı  rayon mədəniyyət sarayında    tədbir keçirilib.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Kənan Tağızadə,  açaraq muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından danışıb.

Sonra Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov bildirib ki, rayonda inşa edilən “Araz ” kinoteatrı, mərkəzi kitabxana, şahmat məktəbi, mədəniyyət sarayı, məktəb binaları  gənclərə göstərilən qayğının bariz nümunəsidir.

Qeyd olunub ki, rayonda tikintisi davam etdirilən çoxmərtəbəli yaşayış binası da gənc ailələrin mənzil probleminin həll edilməsi baxımından mühüm rol oynayacaq.

İdris Qəhrəmanov rayonda  aidiyyəti təşkilatlarla birlikdə 2018-ci il ərzində   139 tədbirin keçirildiyini, tədbirlərdə 7000-ə yaxın gənc və yeniyetmənin iştirak etdiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər birliyinin  sədri Vüqar Muradov bildirib ki, Yeni Azərbaycan Partiyası  Şahbuz Rayon Təşkilatının  Gənclər birliyinin  ətrafında birləşən  1700-dən çox gənc  də  bu gün böyük dövlət qayğısı ilə əhatələnib. Onlar  rayonun idarə təşkilat və müəssislərində yüksək vəzifələrə irəli çəkilib. Asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. 

Tədbirdə  rayonda müxtəlif peşələrdə çalışaraq  fərqlənən gənclərə rayon icra  hakimiyyəti, gənclər və idman idarəsinin fəxri fərmanları təqdim olunub.

 Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri konsert proqramı ilə çıxış edib.

                                                                            Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: