Vətən müharibəsi şəhidi İmaməddin Hümbətovun xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn şəhid İmaməddin Hümbətovun xatirəsi Babək rayon Payız kəndində anılıb. Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Həmçinin həmin gün Payız kəndində onun adını daşıyan bulaq-abidənin açılışı olub. Bulaq-abidənin açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rəsmi şəxslər, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: