Naxçıvanda “GreenFest” festivalı keçirilir - YENİLƏNƏCƏK - FOTOLAR

A- A A+

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest” festivalı keçirilir.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər, Ədliyyə, Gənclər və İdman, Təhsil nazirlikləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmilərin də iştirakı əsasında iqlim dəyişmələrinə qarşı mübarizə kontekstində panel müzakirələri, ekoloji sərgilər, startap təqdimatları, stendlər, teatr tamaşası, əyləncəli idman oyunları, intellektual yarışmalar və digər fəaliyyətlər nəzərdə tutulub. 

Həmçinin konsert proqramı, canlı ifalar və DJ musiqiləri “GreenFest”ə əlavə rəngarənglik qatacaq.

Festivalın məqsədi əhalinin diqqətini ekoloji problemlərin birgə həllinə yönəltmək, muxtar respublikanın təbii resurslardan səmərəli istifadə imkanlarını və "yaşıl enerji" potensialını nümayiş etdirmək, eyni zamanda COP29 məqsədlərinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə verməkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: