Vətən müharibəsi şəhidi Rasim Ramazanovun xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn şəhid Rasim Ramazanovun xatirəsi Babək qəsəbəsində anılıb. Rasim Ramzanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərkən, oktyabrın 19-da Xocavənd döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Rasim Ramazanov ölümündən sonra “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Anım tədbirində şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən fəxarətlə bəhs edib, şəhidin rəşadətindən söz açıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: