Şəhid leytenant Emin Sadiqovun xatirəsi anılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn şəhid leytenant Emin Sadiqovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Şahbuz rayonu Şahbuz kəndində keçirilən anım mərasimində ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, rəsmi şəxslər, eləcə də digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şagirdlər tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən şeirlər səsləndirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: