Dövlət sərhədini qanunsuz olaraq keçmək cəhdinin qarşısı alınıb - FOTOLAR
Dövlət sərhədini qanunsuz olaraq keçmək cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən NUHÇIXAN-a bildirilib ki, oktyabrın 26-da saat 04:35-də Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs DSX əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Tamindar Lumanov olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.