NUHÇIXAN xəbər verir ki, Şərur Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “2 fevral-Gənclər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov açaraq gəncləri təbrik edib, bu günün mahiyyəti haqqında məlumat verib.
Sonra Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan danışıb, 2018-ci ildə gənclər sahəsində görülən işlər barədə məlumat verib. Cahandur Məhərrəmov vurğulayıb ki, bu gün gənclərimiz dövlət idarə və müəssisələrində işlə təmin olunurlar. Bu da dövlətimizin gənclərə göstərilən qayğının təzahürüdür.
Sonda gənclər üçün “Gənclər gələcəyimizdir” mövzusunda video çarx nümayiş etdirilib.