Naxçıvanda bu il 567 boşanma, 1178 nikaha daxilolma qeydə alınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ötən ilin ilk doqquz ayı ərzində 418 boşanma, 1148 nikah qeydə alınıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, cari ilin həmin dövrü ərzində isə 567 boşanma və 1178 nikaha daxilolma halları qeydə alınıb.

Statistikaya əsasan qadınların daha çox 26-35 yaş, kişilərin 36-45 yaş aralığında boşanma üçün müraciət etdikləri müşahidə olunur. Nikaha daxil olmaq üçün isə qadınlar 18-25, kişilər daha çox 26-35 yaş aralığında müraciət edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: