“Naxçıvan Bağları” MMC-nin məhsulları Rusiya bazarlarına ixrac olunur - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2011-cü ilin dekabr ayında dövlət maliyyə dəstəyi ilə yaradılan “Naxçıvan Bağları” MMC kompleksi tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilib. Burada damcı və çiləmə  üsulundan istifadə edilir. Müasir texnologiyaların tətbiqi bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir.

“Naxçıvan Bağları” MMC-nin istixana kompleksində 90 min ədədə yaxın 5 növdə pomidor yetişdirilir.    

Ayza, pəmbə, akın, pəmbə kokteyl pomidor sortaları alıcılar tərəfindən həvəslə alınır. Sınaq məqsədilə istixananın yardımçı təsərrüfatlarında çuğundur, qırmızı kələm, brokoli, kahı və gül kələmi kimi tərəvəzlərin əkini də həyata keçirilir.  İstehsal prosesində yalnız üzvi gübrədən istifadə olunur. Şitillərin tozlandırılması isə xüsusi işçi arılar vasitəsilə həyata keçirilir ki, bu da məhsuldarlığın təbii yolla artırılmasında və ekoloji təmiz məhsulların istehsalında mühüm amildir. Bununla yanaşı Naxçıvan Bağları istixana kompleksinin məhsulları muxtar respublikamızdakı bütün market və ticarət şəbəkələrində satışdadır. Daxili bazarın tələbatı ödəndikdən sonra tərəvəz məhsulları paytaxt Bakıya və respublikamızın digər şəhərlərinə də ixrac olunur.

İstixana kompleksində yetişdirilən məhsullar muxtar respublikada əhalinin tələbatının ödənilməsi ilə yanaşı, Rusiya Federasiyasına da ixrac olunur.

Naxçıvan bağları istixana kompleksində 50 nəfər işlə təmin olunub.

                                                      

 Xanım Rüstəmzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: