Ətirli Naxçıvan balı

A- A A+

Respublikamızda elə bölgələr var ki, onların arıçılıq ənənələrinin yaşı yüz illərə dayanır.  Onlardan biri də özünəməxsus ətirli balı ilə məşhur olan Naxçıvandır. Naxçıvan balının belə ətirli dada malik olması yaşayış məntəqələrinin olduqca gözəl təbii-coğrafi məkanda yerləşməsi və burada müalicəvi əhəmiyyətə malik olan bitkilərin zənginliyidir.

Mən 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirərək ali təhsilli zoomühəndis ixtisası aldıqdan sonra doğma kəndimiz Günnütdə baş zootexnik, sonra rayon aqrar sənaye birliyində aparıcı zootexnik işləmişəm. İctimai mülkiyyət xüsusi mülkiyyətə verildikdən sonra çoxdan arzusunda olduğum, marağımı çəkən arıçılıqla məşğul olmaq qərarına gəldim  və artıq 25 ildir ki, bu işlə məşğulam. İlk dəfə 10 arı ailəsinə qulluq etdim, sonra onların sayını çoxaltmaq qərarına gəldim. Bunun nəticəsidir ki, artıq rəhbərlik etdiyim ailə təsərrüfatında 80 arı ailəsi var.

Qeyd edim ki, arıçılıq ilk baxışdan asan peşə təsiri bağışlayır, lakin olduqca çox zəhmət tələb edən sahədir. Arının bütün fəsillərdə xüsusi qulluğa ehtiyacı var.Ümumiyyətlə, arı olduqca həssasdır və ətrafda baş verən cüzi bir dəyişikliyi dərhal hiss edir. Məsələn, arılar havanın isti, yaxud soyuq, küləkli, yağışlı və ya yağmursuz olacağını bir neçə gün öncədən hiss edirlər və bunu öz hərəkətləri ilə büruzə verirlər. Təcrübəli arıçılar da məhz arının hərəkətlərinə görə havanın necə olacağını öncədən müəyyən edə bilirlər.

Arılar dinc və nadinc olurlar. Nadincliyi 3-4 gün aramsız yağış yağanda və çölə çıxa bilməyəndə edirlər. Bu zaman pətəyin ağzını açanda istər-istəməz insanı sancmağa çalışır.

Arılara qulluğun əsas şərtlərindən biri də onların xəstəliklərdənqorunmasıdır. Bu məqsədlə onlara yazda çürüməyə, payızda isə gənəyə qarşı dərman veririk. Arı ailələrində qış üçün yem ehtiyatı yaradır, zəif ailələrin artıq çərçivələri götürülməklə yuva qısaldılır, arakəsmə və istiləşdirici materiallar tətbiq edilir,  uçuş bacası daraldılır. Erkən yazda arıları yaşadığı məntəqəyə yaxın yerlərdə saxlayır, may ayından başlayaraq isə çiçək bol olan ərazilərə köçürürük.

Doğma kəndimiz Günnüt əraziləri  tam olaraq əsgərlərimizin nəzarətinə keçəndən sonra qarşıma məqsəd qoymuşam ki, pətəklərin sayını, bu hesaba daha çox və keyfiyyətli arıçılıq məhsulları istehsalını artırım, gələn müsabiqədə Günnüt balı I mükafata layiq görülsün. Bunun üçün həm kifayət qədər təcrübəm, həm sağlam arılarım, həm də Günnütdə və bu kəndin ətrafında müxtəlifliyi ilə seçilən, bol şirəli gül-çiçəklər vardır. Günnüt doğrudan da arıçılıq üçün çox əlverişlidir, burada istehsal olunan bal dərdlərə dərmandır.

İstehsal etdiyimiz məhsulun müştərisi çoxdur, bir hissəsini elə “qapıdaca” satırıq. Ötən il oktyabrın 21-də «Naxçıvanqala» Tarix-Memarlıq Kompleksində «Ən yaxşı arıçılıq məhsulları - bal» nominasiyası üzrə keçirilən müsabiqədə II mükafata layiq görülmüşəm. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərində keçirilən arıçıların sərgi-satış yarmarkasına da dəvət alır, sərgiyə bal, çiçək tozu, vərəmum və güləm çıxarıram.

Düşünürəm ki, bizim ətirli, dadlı balımızın dünya bazarına çıxarılmasının da vaxtı çatıb. Belə olarsa Naxçıvan balı müalicəvi əhəmiyyətinə və mürəkkəb tərkibinə görə respublikamızın sərhədlərindən kənarda da on minlərlə alıcı toplaya bilər. Çünki dadına və müalicəvi əhəmiyyətinə görə dünyada Naxçıvanda istehsal olunan bala çatan bal yoxdur. Onu da qeyd edim ki, muxtar respublika Kənd Təsərrüfatı Nazirliyinin və Arıçılıq İctimai Birliyinin də köməyini və qayğısını daim hiss edirik. Həyat yoldaşım, uşaqlarım da mənə əllərindən gələn köməyi edirlər.

Arıçılıqla ciddi və peşəkar şəkildə məşğul olanların hamısı bilir ki, bu sahə gəlirlidir. Əsasodurki, balıntəmizbalolsunvəona haram qatmayasan, arı haram götürmür. Arıçılıqla məşğul olmaq istəyənlərə bir tövsiyəmdə var ki, təcrübəli mütəxəssislərlə və arıçılarla daim məsləhətləşsinlər. Mənimdə qazandığım uğurlarda bu amillərin böyük təsiri var.

                                                                            

FikrətMəmmədov,

«Ənyaxşıarıçılıqməhsulları - bal» nominasiyasıüzrəkeçirilənmüsabiqənin II mükafatçısı, Günnütkəndi

“Şərurunsəsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: