Xalq arasında işlənən çəki və ölçü vahidləri

A- A A+

Müxtəlif ölçü vahidlərinin nə zaman meydana gəldiyi elmə məlum deyil. Lakin insanların həyat şəraiti müxtəlif ölçü işləri aparılmasını zəruri edirdi. Güman edilir ki, uzunluq ölçü vahidlərindən istifadə tarixi  digərlərindən daha qədimdir. Uzunluq ölçülərini təyin etmək üçün insanlar hərəkətləri və ona kömək edən bədən üzvləri  ilə  bağlı məqamlardan istifadə ediblər. Ölçü vahidlərinin adları da bunu təsdiq edir. Misal üçün: addım, qarış, qulac (qolaç), dirsək, ayaq, barmaq, arşın və sair. Xalqımızın folkloru və etnoqrafiyası ilə yanaşı məişətdə  bu gün də istifadə edilən milli ölçü vahidlərimiz haqqında məlumat vermək istəyirik. 

Addım- bu gün də hər hansı məsafənin ölçülməsində addımdan istifadə edilir. Dilimizdə bu söz tez-tez eşidilir: “Nə var ki, iki addımlıq yoldur”.

Bəzi mənbələrdə addımın bir metrə olduğunu qeyd edirlər. Ancaq adətən normal yerişdə hər addım 70 sm-ə bərabər olur. Addıma qədəm də deyirlər.  Gələn qonağı əzizləyəndə "qədəmlərin mübarək" ifadəsi işlədilir. Qədəm həm də sabit yerişə deyirlər. Xüsusən atlarda "yorğa", "qədəm" yerişlər fərqləndirilir.  Lönrəm yeriş isə sabit yeriş sayılmır.

Qulac- ölçü vahidindən də geniş istifadə edilib.  Dialektimizdə bu gün də istifadə edilir. Bunun mənasının "qolaç" olduğunu söyləyirlər. Yanlara açılmış qolların barmaqlarının ucundan olan məsafə. Adətən 1.5 metrə bərabər hesab edilir. Həm də "uzun" mənasında işlədilir. Bədii ədəbiyyatda saçın uzunluğuna işarə edilir:- "Ucu əşrəfili bulud kimi saç, Dal gərdəndə hər hörüyü bir qulac". M.P. Vaqif

Qarış- geniş yayılan, qədim olduğu qədər də müasir olan ölçü vahididir. Hər zaman insanın yanında olan əlin açılmış vəziyyətdə baş barmaqla kiçik barmağın ucuna qədər olan məsafədir. Leksionumuzda tez-tez işlədilən sözdür. Həm də məcazi  mənada az miqdarı göstərmək üçün işlənir. "Bir qarış torpaq", "Bir qarış boyu var" və sair. Adətən qarışın kəsirini barmaqla ölçürlər. Bir qarış iki barmaq. Yəni bir şeyi ölçəndə , qalıq hissə qarışdan az olduqda qalanını barmaqla ölçürlər.

Barmaq- Azərbaycan etnoqrafiyası kitabında (III cild) hələ qədim Şumerlərin yaratdıqları "Əkinçinin təqvimi" mətnində "qarış" və "barmağın" ölçü vahidi kimi göstərildiyini qeyd edirlər. Azərbaycan etnoqrafiyası kitabında bir barmaq-bir barmağın uzunluğuna bərabərdir yazılıb. Belə bir misal da çəkilir ki, əkinçi elə etməlidir ki, toxumlar torpağa iki barmaqdərinliyində düşsün.

Biz bu fikirlə razı deyilik. Bir "barmaq" barmağın  uzunluğu yox, enidir. İki-üç barmağın uzunluğunu ölçmək bir barmağı "çıxarıb" o birinin ucuna qoymaq lazımdır ki, bu da mümkün deyil. Digər tərəfdən bir barmağın uzunluğu 6-8 sm-dir. 12-16 sm  dərinliyə düşən toxum isə göyərməz. İki barmağın eni 4-5 sm-dir ki, bu da çəkilən misala uyğundur.

Arşın-türk sözüdür. Çox qədimdən işlənən ölçü vahididir. 0,71 metrə bərabərdir.Qatlanmış əl burunun ucunda tutulur.Buradan açılan qolun barmağına qədər olan məsafədir. Müxtəlif adamların qol uzunluğu bərabər olmadığı üçün, "sən öz arşınınla ölçmə" məsəli yaranmışdır.

Dirsək-yumulmuş əlin barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafədir. Adətən 0,5 m-ə bərabər götürülür. Müxtəlif ölkələrdə fərqlidir.

Ağac- orta əsrlərdə geniş işlənən uzunluq ölçü vahididir. 6-7 km-ə bərabər götürülür.

Fərsəng-(Fərsəx) 6 km-ə yaxın ölçü vahididir. Söylənənə görə dəvənin bir saatda getdiyi yoldur.

Mənzil-30 km-ə bərabər götürülür. Əslində mənzil çox mənalıdır.  Yolun sonu da mənzil adlanır. “Gəlib çatdılar mənzilə”,“Bir güllə mənzili”. Yolun yarısında dincəlinən yer, yaşayış evi də mənzil adlanır.

Burada maraqlı bir məqamı qeyd etmək istərdik. Bütün dünyada 8 saatlıq iş normal iş saatı hesab edilir. İslam qaydalarına görə 6 ağaclıq yola çıxan adam orucunu yeməlidir. Bu isə təxminən 8-9 saatlıq yoldur. Görünür İslam dini 8 saatlıq iş vaxtını nəzərə alıb yolçunu həmin gün oruc tutmaq öhdəliyindən azad edir. 

Gəz-     0,70-0,71 m bəzi mənbələrdə 85-86 sm-ə bərabər uzunluq ölçüsüdür.

Çərək-dörddən bir mənasında həm uzunluq, həm də çəki vahidi kimi işlədilir. Arşının dörddə biri 17,75 sm-ə bərabər uzunluq ölçüsü. Girvəngənin (400 qr) dörddə biri 100 qramdır. Bəzən "pud"un dörddə biri 4 kq-ın xalq arasındaçərək olduğu söylənilir. Sirabda "8 Çərəkli" tayfa adı var.  Bu onların mənsub olduğu torpaq sahəsinə görə verilib.

Xalq arasında qədimdə uzunluq ölçü vahidləri ilə yanaşı təbii ki, çəki və həcm  ölçü vahidlərindən də istifadə edilib. Bunların bəziləri müxtəlif tutuma malik əşyaların adı ilə bağlıdır.Xalq arasında işlənmiş bu cür ölçü vahidlərinin ekvivalentinin miqdarını öyrənə bilmirik.

Tas, çanaq, tənəkə, vedrə, ovuc, xışma (sıxma), kisə, çuval, tuluq və sairəni göstərmək olar.

Tas-dəyirmi dərin qabdır. Uzun illər ölçü qabı kimi istifadə edilib. Bir yanıltmacda bu haqda məlumat vardır: "Aşbaz Abbas dur mənə 5 basma tas aş ver"- deyilir.

Vedrə -  əsasən şərab ölçüsü kimi istifadə edilib. Rusiyanın 19-cu əsrin əvvəlində torpaqlarımızıişğalından sonra bu ifadə yaranıb. Mixail Ballas Qafqaz Statistika İdarəsinin 1895-ci il məlumatına istinadən 1850-1874-cü illərdə 315 min  vedrə şərab istehsal edildiyini qeyd edir.M.H. Baharlının “Azərbaycan” kitabında qeyd edilir ki,21 kiloqram üzümdən 1 vedrə çaxır alınır.1.5 kiloqram üzümdən orta hesabla 1 litr çaxır alındığını nəzərə alsaq,1  vedrənin 14-15 litrə bərabər olduğu qənaətinə gəlirik.

Çanaq-ağacdan və saxsıdan olan qab. Məişətdə işlədildiyi kimi, ölçü vahidi kimi də işlədilib. Çanağın 12 kiloqram tutumu olduğu söylənilir. Çanaqdan başqa, badya, satıl (uzun qulplu su qabı) sərnic kimi mis qablar son zamanlara qədər məişətimizdə işlədilirdi.

Ovuc - iki əlin qoşa tutulması zamanı tutduğu maye və quru əşyalar bir ovuc adlanır.

Xışma (sıxma) - Bir əlin götürdüyü tutum.

Kisə, çuvaltuluq,səbət,küpə,qucaq,ətək,qəlib,qaşıq,şələ,sənək,sürü,bölükkimi mücərrəd ölçü vahidləri də  məişətimizdə işlədilib. Çuval -  evlərdə yun və qəzildən toxunub yanları tikilmiş kisəyə deyilir.

Tuluq-  maye halında olan məhsulları saxlamaq və daşımaq üçün istifadə olunub. Qədim zamanlardan su və şərab tuluqlarla daşınardı.

Hoqqa-Mayelərin ölçülməsində və ya ölçü vahidi kimi hoqqadan istifadə edilmişdir. Koroğlu dastanında "Yeddi hoqqa hazar peşə, məndən artıq içən gəlsin"-ifadəsi vardır.

1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə terminoloji lüğət var. Bu lüğətdə həmin  dövrdə Naxçıvan ərazisində işlədilən bəzi ölçü vahidləri haqqında məlumat verilir.

Batman- 6 okkaya (7,7kq) bərabər çəki vahidi (Batmanın 8 kq olduğunu bir çox qaynaqlarda görürük.

Dönüm- 919,3 kvadrat metrə bərabər olan torpaq sahəsi. (Türkiyə Cumhuriyyətində əhali arasında bu gün də işlədilir).

Yük-burada çəki vahidi olan yükün ən geniş istifadə olunanı 32 batmana (mənbədə 236,4 kq yazılmışdır)246,4 kq  bərabər olan divani yük idi.

Kile-25 kq. Kitabda verilən izahda 1 kilenin 20-25 kq olduğu yazılır. Taxıl bitkiləri buğda, arpa, noxud və s. kile ilə veilib.

Man (mən)- Naxçıvanda toplanan pambığın hesabı isə "man"la aparılmışdır. 1 Naxçıvan manının 13 kq olduğu göstərilib.

Pud-    Həm çəki, həm də sahə ölçüsüdür. Çəkivahidiolaraq 16, 4kq-a bərabərdir. SahəölçüsüolaraqancaqNaxçıvanda işlədilir, ekvivalenti 1000 kvadrat metrdir. Ümumiyyətlə bir çox çəki vahidləri həm də sahə ölçü vahidləri kimi işlənir. Müxtəlif yerlərdə taxıl səpini norması müxtəlif olur. Naxçıvanda 1 hektar sahəyə 169 kq toxum səpirmişlər. 1000 kvm hektarın onda biri olduğu üçün 160-ın ondan biri 16 kq (1pud) taxıl səpilirdi.

Somar- təqribən 48 kq-a bərabər olan çəki və sahə ölçü vahididir.Türkiyədə sahə ölçü vahdii kimi bu gün də istifadə olunur.

Okka (qiyyə)- 1,282 kq-a bərabər çəki vahidi. Bizə elə gəlir ki, yuxarıda Koroğlu dastanından misal çəkdiyimiz hoqqa və okka eynidir.

Tağar-  150 okkaya (192 kq) bərabər  çəki vahididir.

Azərbaycan etnoqrafiyasında ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı qeyd edilir. Tağarın Təbrizdə 295-kq-a, Şamaxı xanlığında 400 kq-a, digər xanlıqlarda 240-600 kq arasında dəyişdiyi aydın seçilir. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır.

“Azərbaycan etnoqrafiyası” kitabında qeyd edilir ki, xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" ifadəsi vardır. Bizcə bu nümunədə bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə də çəki vahidi yerində işlədilir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.

Biz yuxarıda qeyd etdik ki, tağar sahə ölçüsü kimi istifadə edilir. Müəyyən sahəyə səpilən toxum norması dünyanın hər yerində, az fərqlə eynidir, götürülən məhsul isə on dəfə fərqli ola bilər. Qaynaqlara gəldikdə isə İsmayıl Şıxlının "Dəli Kür" romanından Qoca kişinin adından deyilir: "Nə bilim, 5-6 tağarlıq yerimiz olsaydı, heç olmasa əkin-biçin eyləyərdik."

Xalvar (Xəlvər) -  “Azərbaycan etnoqrafiyası” kitabında və digər mənbələrdə xalvarın 25 pud, təxminən 400 kq olduğu göstərilir. "Azərbaycan etnoqrafiyası"nda (III cild) belə bir izah vardır:Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir. (farsca xər- uzunqulaq deməkdir) Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdir.

Qədim zamanlardan  ölçü vahidi kimi "diş" (sarımsaq), "boyun" (qoşqu heyvanı), "top" (parça, kağız və s.), "baş"(heyvan sayı işlənir. Bəzən ailə üzvləri də başla sayılır. (“Məşədi Əsgər Qanlıtəpədə bir arvadı 3 baş uşağı ilə..”S.Məcid qənizadə:Allah xohfu əsəri) istifadə edilib. Soğan və sarımsaq da baş sayı ilə hesablanılır.

 

Zaleh Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: