Nəsimi irsi təbliğ olunur

A- A A+

Dizə kənd tam orta məktəbinin kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə sərgi təşkil olunub.

Sərginin açılışında məktəbin kitabxanaçısı Dilbər Hüseynova  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin Sərəncamı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi, 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" olması və bu məqsədlə məktəbin kitabxanasında da silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ədalət Əhmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Polad Əhmədli çıxış edərək Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası İmadəddin  Nəsiminin ömür yolundan söhbət açıb, şairin dərin poetik fikirlərlə zəngin yaradıcılığından danışıbdır.

Vurğulanıb ki, Nəsimi irsinin daha geniş şəkildə təbliği ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirlər siyahısına daxil edilib, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna şairin adı verilib, Bakıda onun əzəmətli heykəli ucaldılıb.

Tədbirin sonunda Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgiyə baxılıb. Sərgidə ölməz şairin seçilmiş əsərləri, ondan bəhs edən bədii əsərlər nümayiş etdirilir.

 

Lamiyə Əhmədli,

müəllim

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: