Gənclər Paytaxtının rəmzi açarı şamaxılı gənclərə təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 2 fevral Gənclər Günü və ölkənin Gənclər Paytaxtının təqdimatı ilə bağlı Bakı şəhərində təşkil olunan tədbirdə Naxçıvandan nümayəndə heyəti iştirak edib, Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov 2019-cu il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Şamaxı rayonuna rəmzi Paytaxt şəhəri açarını təqdim edib. Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseynli 2018-ci ərzində səmərəli fəaliyyətinə görə mükafata layiq görülüb.