Nehrəm qəsəbəsində zəfər bayramına həsr olunmuş tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Nehrəm Uşaq Musiqi Məktəbi və Nehrəm Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər bayramına həsr olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mədəniyyət Evinin direktoru Kamran Mirzəmmədov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, bizə bu zəfəri bəxş edən Ali Baş Komandan cənab İlham Əliyev, ordumuzun əsgər və zabitləri, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu.

Ali Məclisin deputatı, şəhid qardaşı Üzeyir Məmmədov qeyd edib ki, dövlətimizin nüfuzu baxımdan müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni Azərbaycan xalqı yüksək səviyyədə qeyd edir. Deputat bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsində Naxçıvanın vətənpərvər oğullarının xidməti danılmazdır.

Naxçıvan Televiziyasının baş redaktoru Fariz Əhmədov çıxış edərək bildirib ki, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi qəlbimizdə daim yaşayacaq. Onların keçdiyi döyüş yolu gənc nəslə mütəmadi olaraq aşılanacaq və onların adları daim uca tutulacaq. Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: