Göz yaşının mikroskop altında görüntüləri - sevinc, kədər, ümid, xəyanət göz yaşları fərqlidir - FOTOLAR
Amerikalı mikrofotoqrafiya ustası Rouz Linn Fişer çox maraqlı foto-araşdırma aparıb.
O, öz və digər insanların göz yaşı nümunələrinin mikroskop altında görüntülərini çəkib.
Maraqlıdır ki, adi göz yaşları, soğan doğrayanda ifraz olunan göz yaşları, müxtəlif emosiyalardan qaynaqlanan göz yaşları mikroskop altında olduqca fərqli görünür.
Göz yaşlarının tərkibi qanın tərkibinə bənzəyir. Qan kimi, göz yaşları da informasiya daşımaq qabiliyyətinə sahibdir. Rouz Linn Fişerin şəkilləri bunu növbəti dəfə təsdiq edir.
Rouz bu şəkilləri bir layihədə birləşdirib və bu layihəyə "The Topography of Tears" ("Göz yaşları topoqrafiyası") adını verib.
NUHÇIXAN xarici KİV-lərə istinadla Rouz Linn Fişerin "Göz yaşları topoqrafiyası" layihəsinə daxil olan bəzi şəkilləri sizə təqdim edir: