Cəbrayıl şəhərində 8 noyabr Zəfər Günü qeyd olunub - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, 8 noyabr Zəfər Günü münasibətilə Cəbrayıl şəhərində ilk dəfə bayram konserti keçirilib. Bayram şənliyində Cəbrayıl şəhər və Cocuq Mərcanlı kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: