İnternetdən asılı qalmayaq!

A- A A+

Bugün demək olar ki, çox az insan internetdən istifadə etmir. İşimizin çox hissəsi internet vasitəsi ilə yeni texnologiyalardan istifadə edərək həyata keçiririk.İstər səsnəd dövriyyəsi, istər alış-veriş zamanı , istər ünsiyyət qurmağımızda belə desək, internet dadımıza yetir. Belə çıxır ki, müasir texnologiyalar və internet bizi özündən asılı hala salır. Bəs bu asılılıq ziyandır yoxsa...

Müasir dövrdə internet asılılıq çox geniş müzakirələrə səbəb olur. Dahi Azərbaycan N.Gəncəvinin misralarında yazdığı kimi:

Bir inci saflığı, varsa da suda,

Artıq içiləndə dad verir o da .

Əlbəttə , bəzi insanlar lazım olduqda internetdən istifadə edir. Yəni işinə görə saatlarla internetə qoşulmuş komputer və telefonla məşğul olur. Ancaq bir qisim insanlar da var ki, onlar ancaq əyləncə, veb-sörfinq , virtual ünsiyyət qurmaq , belə desək vaxtını sosail şəbəkələrdə boş-boşuna keçirirlər. Ancaq internetdən lazım oldu -olmadı istifadə etmək, bir çox fəsadlara gətirib çıxarır. İstər böyüklər, istər uşaqlar internetdən ehtiyac olmadan belə, əylənircəsinə gün boyu istifadə edərlərsə bu bir növ pis vərdişə çevrilir.

Bu yaxınlarda saytların birində xəbər oxuyarkən, xoşagəlməz bir xəbərlə qarşılaşdım. 6 yaşlı bir uşaq internetdə saatlarla oyun oynadığından dili tutulub, qulağı eşitmir, qısacası başında xəstəlik əmələ gəlib. Bu əsasən bəzi valideynlərin məsuliyyətsizliyindən irəli gəlir. Bu cür xəbərlər təbii ki, ürək ağrıdır. Nə üçün rəsm çəkmək, kitab oxumaq, əyləncəli oyunlar oynamaq, gəzintidə olmaq varkən, uşaq ancaq internetdən asılı olsun. Bəzi valideynlər uşağın maraq dairəsində olan saullara cavab vermək, onların fikirlərini dinləmək yerinə, onlarla vaxt keçirmək yerinə, əllərinə telefonu verib, asan yolla onları susdururlar. Təbii ki, bunun da fəsadlarını həkimə düşdükdən sonra anlayırlar. O da gec olur. Bu oyunlar həkimlərin dediklərinə görə yaddaşsızlıqdan tutmuş, bir çox xəstəlikləri yaradır.

  Uşaqlar virtual həyata o qədər aludə olur ki, hər şeyin orada olduğu kimi zənn edir. İnternetdə gördükləri hərəkətləri təkrarlayır, Pis hadisələri adiləşdirir, assosial olur. Yeniyetmələr arasında özünə qapanma, aqressiya, intihar hallarına belə gətirib çıxarır. Bəzi ailələrdə demək olar ki, hər kəs əlinə bir telefon, planşet və ya komputer alıb, ancaq orada nəyəsə baxır. Bu baxımdan da uşaqlar həm psixoloji, həm də fiziki cəhətdən təsirlərə məruz qalır.

İnternet asılılığı yalnızlaşmağa, oyun asılılığına, virtual ünsiyyət asılılığına, təkrarlanan veb-sörfinq, yəni bir sosial şəbəkədən digərinə keçid, kiberseksual asılılıq, maliyyə asılılığı yəni, lazım oldu olmadı, alış-veriş etmək və sair gətirib çıxarır. Bu da ailələrdə münaqişələrə, boşanmalara, şəxsiyyətin itməsinə, gənclərdə əhval-ruhiyyənin pozulmasına, doyunca yatmamaq, qidalanma –xroniki yorğunluğa səbəb olur. Oturaq həyat tərzi onurğa xəstəliklərinə gətirib çıxarır.

Bəs bu asılıqdan necə qurtulaq? Bu problemin həllində böyüklərin üzərinə çox yük düşür. Hər bir evdə uşaq valideyini təqlid edir. Əgər valideyn bütün günü internetdədirsə, uşaq da onu edəcək. Elə isə oncə özümüzü internet asılılığından qurtaraq ki, uşaqlarımıza da nümünə olaq. Hələ ki, yol yaxınkən internetdən asılı qalmayaq !

Sacidə Hüseynova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: