Sarımsağın bilmədiyiniz faydaları

A- A A+

Sarımsaq deyiləndə ağıla ilk gələn şeylərdən biri ağız boşluğunda buraxdığı qoxudur.

Lakin buna baxmayaraq, güclü antioksidant olan sarımsağın faydaları saymaqla bitmir.

NUHÇIXAN xəbər verir ki, sarımsağın yağından və şampunundan istifadə etmək insan bədəninə bir çox faydalar verir.

Sarımsağın faydaları nələrdir? Hansı xəstəliklərin dərmanıdır? Sarımsaq necə istifadə olunmalıdır?

Sarımsaq nədir?

Allium cinsindən soğanlı bitki növü olan sarımsaq qədim zamanlardan bəri xalq təbabətində istifadə olunur. Tərkibində olan kimyəvi birləşmələr sulfid birləşmələridir. Sarımsağın allisin-antibakterial, anti-parazit və anti-kanserogen xüsusiyyətləri isbatlanıb.

25-100 sm yüksəkliyə qədər boy atan sarımsaq bitkisinin yarpaqlarında, saplarında və torpaq altındakı soğanında qoxulu yağ mövcuddur. Sarımsaq illik bitkidir. O, yabanı şəkildə yetişmir. Sarımsağın başında 84,09 %su, 13,38% orqanik, 1,53% inorqanik madde var. Əlavə olaraq, tərkibində 33 çeşid kükürd birləşməsi, 17 çeşid amin turşusu, germanium, A, B1 və C vitaminləri mövcuddur.

Faydaları

Sarımsaq güclü antibiotik maddə olması ilə məşhurdur. Buna görə də bir çox mövsümi xəstəliklərə qalib gəlir. Diş və qulaq ağrısını ən tez kəsən vasitə olan sarımsaq süd ilə birlikdə istifadə olunduqda daha ağızda pis qoxu buraxmır.

Bununla yanaşı, qrip, revmatizm, səsin batması, astma, badamcıq vəzlərinin şişməsi, öskürək, bronxit və oynaq ağrılarına da dərmandır. Tərlədici təsiri olduğu üçün qızdırmanın düşməsinə köməkçi olur. Bədənin immun sistemini qüvvətləndirir və hüceyrəqoruyucu təsiri ilə cavan qalmağı təmin edir. Bu təsir meningit, HİV virusu ilə mübarizədə də nəzərə çarpır. Ürək-damar sistemini gücləndirir və xolestrol və triqliseritin faizləri üzərində təsirini göstərir.

Xərçəng riskini azaldır

Mütəmadi olaraq çiy və ya az bişmiş sarımsaq istifadə etmək bağırsaq və mədə xərçəngi başda olmaqla, müxtəlif xərçəng növlərinin yaranma riskini azaldır.

ABŞ-da 41000 qadın üzərində aparılan araşdırmanın nəticəsinə görə, mütəmadi sarımsaq, meyvə və tərəvəz istifadə edən qadınlarda xərçəng riski istifadə etməyənlərlə nisbətdə 35% azdır.

Zərərləri

Faydaları ilə yanaşı, sarımsağın zərərləri də yox deyil. Həddən artıq sarımsaq istifadə etmək mədədə problemlərin yaranmasına səbəb ola bilər. Xüsusilə, mədəsində qastrit olan insanlar sarımsaq yeyərkən diqqətli olmalıdır. Çünki acı ekstraktı ilə mədəyə gedən yolda, mədədə yanma hissi yarada bilir.

Sarımsaq yeyərkən ürək bulanması, qarın ağrısı, bədəndə qızarıqlıq və qaşıntı kimi problemlər ortaya çıxarsa, bu, sarımsağın əks təsirinin göstəriciləridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: