Gənclərin “Qış məktəbi”nə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Ağbulaq” İstirahət Mərkəzində muxtar respublikamızın fəal gənclərinin iştirakı ilə növbəti “Qış məktəbi” təşkil edilib. Qış məktəbinin ilk günündə gənclər “Ağbulaq” İstirahət Mərkəzi ilə yaxından tanış olub,  stolüstü idman oyunlarında iştirak edib, süni örtüklü mini futbol meydançasında futbol oynayıblar.

Günün ikinci yarısında gənclər arasında  “Vətəni tanı” İntellektual oyununun ilk mərhələsi keçirilib. Günün sonunda gənclər vətənpərvərlik mövzusunda “Ayla” bədii filminə baxıblar.

Qeyd edək ki, 4-8 fevral 2019-cu il tarixlərdə 60 nəfərin iştirakı ilə təşkil olunan “Qış məktəbi”nin iştirakçıları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələridir. "Qış Məktəbi" Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: