Bu barədə NUHÇIXAN-a Naxçıvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda deyilir:
"2024-2025-ci illərin payız-qış mövsümü ilə əlaqədar baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması məqsədilə 2024-cü ilin noyabr ayının 15-dən mövsümün sonuna qədər saat 18:00-dan 00:00-dək Naxçıvan Şəhər İcra Hakimiyyətində qərargah fəaliyyət göstərəcəkdir.
Naxçıvan şəhər sakinlərindən xahiş olunur ki, baş vermiş qəzaların dərhal aradan qaldırılması üçün Naxçıvan Şəhər İcra Hakimiyyətində yaradılmış qərargaha məlumat versinlər".
Qərargahın əlaqə telefonu: 545-01-71