Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası daha bir işçinin əmək hüququnu bərpa edib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Həmkarlar  İttifaqları Şurasından NUHÇIXAN-a verilən məlumata görə, 16 mart 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin Sanitar Epidemioloji bölməsində parazitoloq köməkçisi vəzifəsində çalışan Əsgərsoy Zeynəb Nurəddin qızı Naxçıvan Muxtar Respublikası Həmkarlar  İttifaqları Şurasına əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı müraciət etmişdir.

Şura sədri Qəzənfər Abdullayev vətəndaş Əsgərsoy Zeynəb Nurəddin qızını qəbul edərək müraciətini dinləmişdir. Müraciətdə 01.03.2024-cü il tarixində Naxçıvan MR İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzində parazitoloq köməkçisi vəzifəsində çalışan Əsgərsoy Zeynəb Nurəddin qızı çalışdığı müəssisədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə əmək müqaviləsinə xitam verildiyini bildirmiş və məsələ ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Şura sədri məsələnin araşdırılması ilə bağlı müvafiq tapşırıq vermişdir. Araşdırılma zamanı məlum olub ki, Əsgərsoy Zeynəb Nurəddin qızının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilərkən işəgötürən tərəfindən həmin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına heç bir təqdimat daxil olmayıb və komitənin razılığı alınmayıb. Bütün bunlar əsas götürülərək 9 aprel 2024-cü il tarixdə 156 nömrəli məktubla Zeynəb Əsgərsoya müsbət cavab verilmişdir. Zeynəb Əsgərsoy Naxçıvan MR Həmkarlar  İttifaqları Şurasının məktubunu əsas götürərək Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş və 8 ay davam edən məhkmədə qanunun aliliyi qorunaraq vətəndaş Zeynəb Əsgərsoyun xeyrinə ədalətli qərar çıxarılmışdır.

Qətnamədə qeyd edilir:

1) Naxçıvan MR İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin direktorunun 01 mart 2024-cü il tarixli, 05 nömrəli əmri ləğv edilsin;

2)  Əsgərsoy Zeynəb Nurəddin qızı Naxçıvan MR İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzinin Sanitar Epidemioloji bölməsində parazitoloq köməkçisi vəzifəsinə bərpa olunsun;

3) Naxçıvan MR İctimai Səhiyyə Xidməti Şərur Regional Mərkəzi tərəfindən Əsgərsoy Zeynəb Nurəddin qızına məcburi işburaxma müddəti üçün əməkhaqqı ödənilsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: