Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi tərəfindən Şərur rayonunun Püsyan kəndi ərazisindəki 10,8 hektar sahədə yeni meyvə bağı salınıb, 9 min ting əkilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, idarə tərəfindən noyabr ayının ilk 15 günü ərzində, həmçinin Qarabulaq, Rüstəm, İşgəsu, Bist, Gəvik meşələrində 2,5 hektar sahədə 1000 ədəd ağac əkilib, 10 hektar sahəyə 20 kiloqram toxum səpilib.
Qeyd edək ki, “Əkinçi" bağı və Naxçıvan-Çalxanqala avtomobil yolunun sağ kənarındakı yaşıllıq ərazidə də ümumilikdə 2,6 hektar sahədə 1100 ağac əkilərək, bərpa işləri icra olunub.
Beləliklə, noyabr ayının ilk 15 günündə muxtar respublikada ağacəkmə tədbirlərində 15,9 hektar sahədə 11 mindən çox ağac əkilib, bir yeni meyvə bağı salınıb.