Naxçıvanda xalq-ordu birliyinin növbəti nümunəsi - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, sahibkarlar tərəfindən ümumilikdə 5500 kq kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim edilib.

Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissəsinin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kq turp və 800 kq kartof olmaqla ümumilikdə 5500 kq  kənd təsərrüfatı məhsulu hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib. Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb. Sonda gətirilmiş sovqat hərbi hissə və zastavanın anbarlarına təhvil verilib.

  

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: