Naxçıvanda iranlı rəssamın sərgisi açılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İranın görkəmli incəsənət xadimi Qulamrza Rahpeymanın yaradıcılıq yolu ” adlı rəsm sərgisi açılıb.

Dünyanın onlarla ölkəsində sərgisi keçirilən və əsərləri bir çox muzeylərdə nümayiş olunan Qulamrza Rahpeyman kalleoqrafiya, dizayn və dekorasiya sahələrində fəaliyyət göstərir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva sərginin təşkilinin sənət adamları üçün əlamətdar hadisə olduğunu önə çəkərək bildirib ki, sərgidə rəssamın 40 əsəri yer alır.

İran İslam Respublikasının Naxçıvandakı  Baş konsulu Mənsur Ayrom, konsulluğun mədəniyyət attaşesi Məhəmmədrza Pakravan, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz və  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək ölkələr arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin inkişafının vacibliyini  qeyd ediblər.

İranlı rəssam Qulamrza Rahpeyman qeyd edib ki,  təşkil olunan sərgi 40 ilin məhsuludur.

Sonra sərgiyə baxış olub.

Tədbirdə həmçinin “İranda kalleoqrafiya və kitab sənəti” adlı kitabın təqdimatı olub, kalleoqraf xüsusi zövqlə işlədiyi  “Əshabi-Kəhf” surəsi tablosunu sərgi salonuna hədiyyə edib.

 

  Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: