Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50 %-i geri qaytarılacaq.
NUHÇIXAN xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.
Bundan başqa, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və sinfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinomateqrafiya müəssisələri və film produserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisindən azad edilir.