Zərif və zəyif olmayan xanım Qəhrəman …

A- A A+

O, vətən sevgisini hər kəsdən üstün tutub, vətən keşiyində duranlara xidmət etməyə yollandı. Qəlbində böyütdüyü torpaq sevgisini körpə qızından belə üstün tutan Azərbaycanın qeyrətli qızı ulu məqsədinin, ali məqamına yüksəldi. Xalq isə igid qızına Milli Qəhrəman adını verərək hər bir gəncimizə nümunə göstərdi…

Yazımın bu günkü qəhrəmanı Azərbaycan xalqının igid qızı, həkim Gültəkin Əsgərovadır.

1960-cı il noyabr ayının 20-si Bakı şəhərində anadan olan Gültəkin Əsgərova orta təhsilini Nərimanov rayonunu 200 saylı orta məktəbdə alıb. Məktəbi başa vuran Vətənin igid qızı Azərbaycan Dövlət Tibb Universitetinə daxil olaraq təhsilinə davam edir. Tələbə olduğu dövrdə Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əmək fəaliyyətinə başlayan Gültəkin əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı kimi çalışır. Təhsilini bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında və daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyir.

1990-cı il 20 Yanvar faciəsində onlarla gənci ölüm pəncəsindən qurtarmağa çalışan həkim Gültəkin Əsgərova bu hadisədən sonra döyüş meydanında yaralıların necə əziyyət çəkdiyini daha yaxşı anlayırdı… Cəmi bir il sonra torpaqlarımız düşmən hücumuna məruz qalaraq, Qarabağ bölgəsi od-alov püskürən döyüş meydanına çevrildi... Həkim Gültəkin vətən keşiyində duranlara xidmət etməyi özünə borc bilərək könüllü döyüş bölgəsinə yollanaraq bir arzusunu həyata keçirməyə çalışdı. Bu qələbə qədər döyüşmək… Əllbətdə bu tibbi xidmət göstərərək, canlar xilas edərək döyüşmək idi…

Od püskürən cəbhəyə gələn Gültəkin artıq bir qadın kimi deyil, qorxmaz, qeyrətli vətən oğlu kimi ön xəttdə xidmət etməyə başladı. Turşsu, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edən vətənin igid qızı burada tibbi xidmətini yerinə yetirib sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Burada da olnlarla yaralını ölümün pəncəsindən xilas edən qəhrəman həkim 1992-ci il iyunun 20-si Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşlərə qatılaraq yarılara ilk tibbi yardım göstərir. Çox çətin və ağır vəziyyətdə xidmət göstərən Gültəkin Əsgərova yaralını xilas edərkən düşmən gülləsinə tuş gəlir. Vətənin igid qızı döyüş meydanında şəhidlik zirvəsinə yüksəlir. O, Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilir.

Uzun döyüş yolu keçən həkim Gültəkin Əsgərovanın vətən uğrunda göstərdiyi xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Qəhrəmanın adı əbədiləşdirilərək oxuduğu 200 saylı tam orta məktəbə verilib. Nərimanov rayonunda yerləşən xəstəxananın və məktəbin önündə büstü qoyulub. Eyni zamanda Xəzər dənizində üzən gəmilərdən biri Qəhrəman həkimin adını daşıyaraq, gəmidə muzeyi yaradılıb. Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın həyat və döyüş yoluna həsr olunan kitablar çap olunub.

“Şuşa şəhərini azad görmək istəyən, qəhrəman xanım! Ruhun şad olsun! Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun əsgər və zabitləri qanları bahasına olsa da, torpaqlarımızı işğal altında qoymadı. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində igidlərimiz Şuşaya üçrəngli bayrağımızı sancaraq tarixi qələbəyə imza atdılar. Artıq dörd ildir ki, Qalib xalqıq.

Səriyyə Salahova

Naxcıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: