Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edir.
NUHÇIXAN elanın mətnini təqim edir :
Qəbul Sərhəd təhlükəsizliyi və idarəetmə ali təhsil ixtisası üzrə aparılacaqdır. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verəcəklər.
Akademiyaya qəbul olmaq istəyən kişi namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Ərizə
2. Anket (anketdə soyadı, atasının adı, doğulduğu il, ay, gün, qeydiyyatda olduğu və yaşadığı yerin ünvanı, təhsili, telefon nömrələri(şəhər və mobil) dəqiq göstərilməli
3. Tərcümeyi-hal
4. Özünün və yaxın qohumlarının (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladları, həyat yoldaşının atası, anası, bacısı, qardaşı), şəxsiyyət vəsiqələrinin surəti
5. Attestatın surəti notarial qaydada təsdiq edilmiş və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinifdə oxuması haqqında arayış
6. Orta ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti
7. Yaşayış yerindən arayış
8. Doğum haqqında şəhadətnamənin surəti
9. Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti
10. Rəngli şəkil – 3 x 4 (baş geyimsiz, qırmızı fonda).
Dövlət Sərhəd Xidmətinin Akademiyasında təhsil almaq arzusunda olan Azərbaycan Respublikası vətəndaşları aşağıdakı tələblərə cavab verməlidirlər:
Hərbi xidmətdə olmayanlar üçün:
– 2019-cu ildə 17 yaşı tamam olmalı və 20 yaşı tamam olmamalıdır.
– 2019-cu ilin iyul ayının 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şəhər (rayon) idarə və şöbələri tərəfindən verilmiş möhlət hüququna dair arayış təqdim etməlidirlər.
Hərbi xidmətdə olanlar üçün:
– Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunduğu tarixədək 23 yaşı tamam olmamalıdır.
Sənədlərin qəbulu və əlavə məlumat almaq üçün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Kadrlar bölməsinə müraciət edə bilərlər.(Əlaqə nömrəsi: 036-545-56-29) Sənədlər 2019-cu ilfevral ayının 20-dək qəbul ediləcəkdir