Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının vətəndaş qəbulları çərçivəsində 42 deputat tərəfindən 49 qəbul keçirilib

A- A A+

2024-cü ilin oktyabr ayında VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının vətəndaş qəbulları çərçivəsində 42 deputat tərəfindən 49 qəbul keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qəbullarda 416 sakin iştirak edib, onlar tərəfindən, ümumilikdə, 264 məsələnin həlli ilə bağlı müraciət olunub.

Qaldırılan məsələlərlə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət edilib.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: