Aztəminatlı ailəyə baş çəkilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Qarabağlar kəndində yaşayan aztəminatlı və çoxuşaqlı Səfərovlar ailəsinə baş çəkilib. Görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildiriblər ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı ailələrə, o cümlədən aztəminatlı ailələrə hər zaman qayğı ilə yanaşılır, onların həyat səviyyəsinin yaxşılaşdırılması və problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Həmçinin aztəminatlı ailələrin sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, onlarla vaxtaşırı görüşlər təşkil edilir, maddi və mənəvi cəhətdən dəstək göstərilir. Bir sözlə, sosial sahəyə qayğının ildən-ilə artırılması ailələrimizin rifah halının yüksəlməsi ilə nəticələnir. Sonra aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyar tibbi xidmət göstərilib, ərzaq payı verilib və uşaqların ehtiyaclarına uyğun köməkliklər edilib. Ailənin üzvləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər