Səlahiyyətli nümayəndə Sədərək və Kəngərlidə qəbullar keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, noyabrın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək və Kəngərli rayonlarında olub, sakinlərlə görüşüb.

Səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Heydər Əliyevin rayon mərkəzlərindəki abidələrini ziyarət edib, xatirəsini ehtiramla anıb.

Sonra rayon icra hakimiyyətlərində vətəndaş qəbulları keçirilib.

Fuad Nəcəfli sakinlər, o cümlədən şəhid ailələri və qazilərlə fərdi söhbət aparıb, onların müraciətləri və problemləri dinlənilib. Bütün müraciətlər protokollaşdırılaraq həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: