NUHÇIXAN xəbər verir ki, noyabrın 27-i saat 11:00-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək şəhərində vətəndaşları qəbul edəcək. Qəbul Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qeyd edək ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Babək Rayon İcra Hakimiyyətinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.