NUHÇIXAN xəbər verir ki, noyabrın 28-i saat 11:00-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Həmçinin səlahiyyətli nümayəndə noyabrın 28-i saat 16:00-da Culfa rayonunda da vətəndaşları qəbul edəcək. Qəbul Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Qeyd edək ki, qəbula yazılmaq istəyənlər əvvəlcədən qeydiyyat üçün Ordubad və Culfa Rayon İcra Hakimiyyətlərinə və inzibati ərazi dairələri üzrə nümayəndəliklərə müraciət edə bilərlər.