Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
NUHÇIXAN-ın xəbərinə görə, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.