Quş qripi xəstəliyinə qarşı muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş qripi xəstəliyinə qarşı noyabrın 25-dən 27-dək muxtar respublika ərazisində növbəti epizootoloji monitorinqlər keçirilib. 

Agentlikdən NUHÇIXAN-a verilən məlumata görə, bununla əlaqədar risk əsasında müəyyən olunan təbiət əraziləri və su hövzələri ətrafında vəhşi quşlara ümumi baxış keçirilib, xəstəlik törədicisinin mövcudluğunun araşdırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında müşahidələr aparılıb, müxtəlif növ ev quşlarından ümumilikdə 60 qan, 120 yaxma nümunəsi götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasında müvafiq müayinələrə cəlb edilib.

Həmçinin monitorinq çərçivəsində baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib.

Qarşıdakı dövrlərdə muxtar respublika ərazisində epizootoloji sabitliyin təmin edilməsi məqsədilə müxtəlif növ xüsusi təhlükəli heyvan xəstəliklərinə görə monitorinqlərin keçirilməsi və müvafiq tədbirlərin icrası davam etdiriləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: